42 deputat növbədənkənar sessiyanın keçirilməsi üçün spikerə MÜRACİƏT ETDİ

Milli Məclisin 42 deputatı növbədənkənar sessiyanın keçirilməsi üçün spikerə müraciət ünvanlayıb.


BakuPress.az xəbər verir ki, deputatların imzaladığı müraciət parlamentin sədri Sahibə Qafarovaya təqdim edilib. 


Növbədənkənar sessiyanın keçirilməsi haqqında mayın 31-i, yəni bu gün Milli Məclisin yaz sessiyasının başa çatmasından sonra qərar veriləcəyi bildirilir. 

 

Qeyd edək ki, bu gün parlamentin növbəti plenar iclası keçiriləcək.    


Onu da bildirək ki, Milli Məclisin Daxili Nizamnaməsinə görə, Milli Məclisin sədri növbədənkənar sessiyanı prezidentin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırır. Adətən, növbədənkənar sessiya iyun ayının 15-nə qədər yekunlaşır. 

0.033365964889526