İsrail-Azərbaycan münasibətləri dünyaya nümunədir - Prezident

"Azərbaycan və İsrail arasında yaxın əlaqələr yalnız ortaq maraqlara deyil, tarixi münasibətlərə, paylaşdığımız ortaq dəyərlərə əsaslanır".

 

Bakupress.az xəbər verir ki, bunu İsrailin müstəqilliyinin 75-ci il dönümünə həsr olunmuş tədbirdə Bakıda səfərdə olan İsrail Prezidenti İshaq Hersoq çıxışında deyib.

 

"Bu gün dostlarımızın arasında olmaq gözəldir. Bu günlərdə Azərbaycan müstəqilliyini 105-ci ildönümünü, İsrailin 75 illiyini qeyd edir. Bizim yaxın münasibətlərimiz yalnız ortaq maraqlara deyil, paylaşılan dəyərlərə, tarixi münasibətlərə əsaslanır", - o bildirib.

 

Prezident çıxışında vurğulayıb ki, Azərbaycanda yaşayan yəhudi icması təhlükəsiz mühitdə yaşayır, ölkənin ictimai siyasi həyatı da fəal iştirak edir. "İsrail və Azərbaycan arasında mövcud münasibətlər bütün dünya üçün dəyərdir, nümunədir", - Hersoq vurğulayıb.

 

O, həmçinin qeyd edib ki, iki ölkə arasında əməkdaşkıq müxtəlif sahələri əhatə edir: "Azərbaycan səfirliyinin İsraildə açılması, mənim bu gözəl ölkəyə səfərim yaxın münasibətlərin əksidir".

0.03120493888855