Türkiyədə 14 mayda keçirilmiş 28-ci çağırış parlament seçkilərinin rəsmi nəticələri bu gün elan olunacaq.
BakuPress.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Ali Seçki Komissiyasının sədri Ahmet Yener bildirib.
Onun sözlərinə görə, yekun rəsmi nəticələr yaxın saatlarda "Resmi Gazete"də dərc ediləcək.