“Mayın 28-i rekord sayda səs toplayacağıq”

“Mayın 28-i keçiriləcək seçkini rekord sayda səs qazanaraq tamamlayacağıq”.

BakuPress.az” xəbər verir ki, bunu Türkiyənin hazırkı Prezidenti, “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan öz tviter hesabında etdiyi paylaşımda bildirib. 

“Mayın 28-ni əziz millətimizin iradə və dəstəyi ilə rekord sayda səs toplayaraq tamamlayacağıq”, - deyə Ərdoğan qeyd edib.

O, mayın 14-ü keçirilən parlament seçkiləri zamanı “Cümhur İttifaqı”nın 323 millət vəkili ilə üstünlük qazandığını da vurğulayıb. 

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,52%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb. Mayın 28-i ikinci tur baş tutacaq.

 

 
 
 
0.029651880264282