Türkiyə parlamentində ilk mandatı o aldı - FOTO

Türkiyədə mayın 14-də keçirilən parlament seçkilərində deputat seçilən şəxslərin qeydiyyatı başlayıb.

 

Bakupress.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Bildirilir ki, Milliyətçi Hərəkat Partiyasının (MHP) Adanadan seçilən deputatı Ayşe Sibel Ersoy 28-ci çağırış parlamentin ilk millət vəkili kimi qeydiyyatdan keçib.

 

Böyük Millət Məclisinin əməkdaşları xanım Ersoya mandatını və deputat nişanını təqdim edib.

 

1246424

0.046287059783936