Möcüzə baş verdi... - Video

İngiltərə 1-ci liqasında (statusuna görə Premyer Liqa və Çempionşipdən sonra üçüncü liqa sayılır) pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Bakupress.az ” xəbər verir ki, “Şeffild Uensdey” Aleks Fergüsonun oğlu Darren Fergüsonun baş məşqçisi olduğu “Piterboro”nu qəbul edib. “Şeffild” ilk matçda 0:4 hesabı ilə uduzduğundan onun finala yüksəlməsi möcüzə kimi görünürdü. Amma onlar, necə deyərlər, möcüzəni gerçəkləşdirə biliblər. 

İlk 90 dəqiqə “Şeffild” rəqib qapısından 4 cavabsız qol keçirib və matçı əlavə vaxtı aparıb. Yeri gəlmişkən, onlar 4-cü qolu 90+8-ci dəqiqədə vurub

Əlavə vaxtda - 105-ci dəqiqədə meydan sahibləri daha bir qol vurublar. Bu dəfə isə öz qapılarına. “Şeffild”ə ümumi hesabı bərabərləşdirmək üçün daha bir qol lazım olub ki, onlar 108-ci dəqiqədə bunu da həyata keçiriblər - 5:1.

Yekunda qalibi penaltilər seriyası müəyyən olunub. Burada da uğurlu olan (5:3) “Şeffild” finala vəsiqə qazanıb. Bu zaman fanatlar meydana daxil olaraq qələbəni bayram ediblər.

Finalın qalibi yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.

 

 
 
 
0.045063018798828