Ərdoğan Bayden və Oğandan DANIŞDI

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda qalib gələcəyi təqdirdə ABŞ-la münasibətlərin necə olacağından danışıb.

 

Bakupress.az xəbər verir ki, o, CNN-ə müsahibəsində bu barədə sualı cavablandırıb.

 

"Şübhəsiz ki, mən ABŞ prezidenti cənab Co Baydenlə işləyəcəyəm", - Ərdoğan deyib.

 

O, həmçinin ilk turda "ATA İttifaqı"nın namizədi olmuş Sinan Oğanın ikinci turda dəstəkləmək üçün açıqladığı şərtlərə toxunub.

 

"Bu şəkildə sövdələşmələrə getməyi sevən biri deyiləm. Həlledici qərarı xalqımız verəcək", - o əlavə edib.

0.063601970672607