Ermənistanın paytaxtı İrəvanda atışma baş verib.
Ermənistan mətbuatına istinadən xəbər verilir ki, saat 09:20 radələrində Maştots polis şöbəsinə Başincağyan küçəsindəki evlərdən birinin qarşısında silahlı insident olduğu barədə zəng daxil olub.
Polis hadisə yerində iki giliz tapıb. Davidaşen inzibati dairəsinin rəis müavini Koryun Arakelyan güllə yarası ilə hadisə yerindən tibb mərkəzinə çatdırılıb.
Faktla bağlı istintaq qrupu yaradılıb və cinayət işi başlanıb.