İlkin nəticələr açıqlandı, Ərdoğan liderdir - YENİLƏNİR

Türkiyədə keçirilən prezident seçkilərində istifadə edilən seçki bülletenlərinin 17%-i sayılıb.

 

Bakupress.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

İlkin nəticələrə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 55.98%, CHP sədri Kemal Kılıçdaroğlu 38.08, ATA ittifaqının namizədi Sinan Oğan 5.37%, namizədlikdən geri çəkilmiş Məmləkət partiyasının sədri Müharrem İnce 0.57% səs toplayıb.

 

Parlament seçkilərində səslərin 4.29%-i sayılıb. İndiki məlumata əsasən, Cumhur İttifaqı 66.31%, Millət İttifaqı 22.3%, Əmək və Azadlıq 7.42% səs toplayıb.

***

19:41

Türkiyədə keçirilən prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

 

Bakupress.az xəbər verir ki, bu saata qədər seçki qutularının 9%-i açılıb.

 

İlkin nəticələrə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 59.47%, CHP sədri Kemal Kılıçdaroğlu 34.79, ATA ittifaqının namizədi Sinan Oğan 5.11%, namizədlikdən geri çəkilmiş Məmləkət partiyasının sədri Müharrem İnce 0.63% səs toplayıb.

 

Parlament seçkilərində səslərin 2.4%-i sayılıb. İndiki statistikaya əsasən, Cumhur İttifaqı 68,5%, Millət İttifaqı 21,6%, Əmək və Azadlıq 6% səs toplayıb.

 

Xəbər yenilənir...

0.027128934860229