Seçkilərin ilkin nəticələri AÇIQLANDI

Türkiyədə keçirilən prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

 

Bakupress.az xəbər verir ki, bu saata qədər seçki qutularının 9%-i açılıb.

 

İlkin nəticələrə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 59.47%, CHP sədri Kemal Kılıçdaroğlu 34.79, ATA ittifaqının namizədi Sinan Oğan 5.11%, namizədlikdən geri çəkilmiş Məmləkət partiyasının sədri Müharrem İnce 0.63% səs toplayıb.

 

Parlament seçkilərində səslərin 2.4%-i sayılıb. İndiki statistikaya əsasən, Cumhur İttifaqı 68,5%, Millət İttifaqı 21,6%, Əmək və Azadlıq 6% səs toplayıb.

 

Xəbər yenilənir...

0.030494213104248