Çempionlar Liqasının final matçına ev sahibliyi Türkiyədən alına bilər.
UEFA Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkisindən sonra ölkədə yarana biləcək qarışıqlıq səbəbindən alternativ variant axtarır. Avropa futbol qurumu bu məqsədlə Portuqaliya Futbol Federasiyası ilə gizli danışıqlara başlayıb. UEFA qarşılaşmanın Lissabonda təşkili variantını nəzərdən keçirir.
Çempionlar Liqasının finalı iyunun 10-da İstanbulun Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Qeyd edək ki, ötən ay oxşar xəbərlər yayılsa da, sonradan təkzib olunub.
Mənbə: Daily Mail