Masallıda Nadirovlar öz "qanunları"ilə gəzir.Bundan əlavə saxta facebook və instaqram səhifələri açaraq Masallı və respubıikada kifayət qədər hörmət ,nüfuz qazanmış adamları təhqir edirlər. Həmin səhifələrdən biridə SN TV adlı səhifənin mövcud qanunvericiliyin bütün tələblərini ən kobud şəkildə pozaraq, tanınmış şəxsləri və onların ailə üzvlərini təhqir edilir.
Deyilənə görə həmin səhifə Spartak Nadirova məxsusdur. Spartak Nadirovun özü isə deyilənləri əsassız adlandıraraq, sözügedən səhifə ilə hər hansı əlaqəsinin olmadığını deyir. Ancaq bir iş adamı SN TV-nin Spartak Nadirovun olmasına dair onda mötəbər sübutların olduğunu bildirir.
Maraqlıdır Nadirovlara niyə bir dur deyən yoxdur?
Əslində, bu işlə bağlı bizdə başqa bir məlumat var. Hazırda həmin məlumatın araşdırmasını aparıram. Yaxın günlərdə bu mövzuya qayıdacıq.
Spartak Nadirov kimdir? O, Masallı rayonunda anadan olub. Hazırda həmin rayonda da yaşayır. Hazırda AR CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam etdirilir. Qeyd edək ki, Spartak Nadirov bir müddət öncə 1-ci qrup əlil Emin Əhədovu döyüb, ona müxtəlif bədən xəsarətləri yetirmişdi. Bəzi məlumatlara görə Spartak Nadirovun böyük qardaşı Azər Nadirov da hadisənin iştirakçısı olub.
Əldə etdiyimiz məlumatlara görə Azər və Spartak Nadirov qardaşları rayonda saysız-hesabsız cinayət xarakterli işlərlə məşğul olublar. Ancaq nədənsə onlara "gözün üstə qaşın var" deyən olmayıb.
Ümumiyyətlə Nadirovlar kimdir?
Qısa xatırlatma üçün qeyd edək ki, Masallı rayonunda vaxtilə xırda ticarətlə məşğul olan, çirkli yolla pul qazananlar, hətta narkotik maddələrin satışı ilə məşğul olanlar qazandıqları külli miqdarda varidatın hesabına sıravi vətəndaşlara qarşı əzələ-güc nümayiş etdirirlər. Ən dəhşətlisi odur ki, bu kriminal ünsürlər hətta hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarını da ələ ala biləcəklərini düşünürlər. Məlumatdan bəlli olurdu ki, “qoçu”ların atası “Hacı” Abı Nadirov ötən əsrin 90- cı illərindəki qarmaqarışıqdan istifadə edib İrandan gətirilən xırdavatın və narkotik vasitələrin alqı- satqısıyla varlanıb və Həcc ziyarətinə getdikdən sonra Masallıda imkanlı iş adamı kimi tanınmağa başlayıb. Lakin el arasında ona deyilən ayaması bu gün də unudulmayıb. Həmin ayama ilə tanınan Abı ötən əsrin 90 -cı illərində uzun müddət pul alveri ilə məşğul olaraq həm də "dollar Abı" ləqəbi ilə tanınıb. Masallıda “Xan çinar” şadlıq sarayının və digər ticarət obyektlərinin sahibidir. Bunu biz yox, müxtəlif mətbu orqanlar yazır.
Spartakın adı isə 2000- ci illərin ortalarında müğənni Xatirə İslamla bağlı macəralarına görə gündəmə gəlib. Külli miqdarda borca düşüb. Deyilənə görə “Hacı” Abı onun borclarını qaytarmağın vahiməsindən hətta şəkər xəstəliyi tapıb. Spartak bu gün ətrafına bəzi qoluzorluları yığaraq Masallıda münaqişəli tərəflər arasında mübahisəli məsələlərin haqq- hesabını (razborka) aparır, sələm tələb edir, qanuna sığmayan digər əməllərlə məşğul olur. Deyilənlərə görə "Hacı" Abının və törəmələrinin bu əməlləri etməsinin əsas səbəbi Masallı rayon İHB- nın sabiq 1- ci müavini “Hacı” Nadir Abıyevlə qohumluq əlaqələridir. Belə ki, hər iki Hacı qudadırlar.
Maraqlıdır ki, rayonun hüquq mühafizə orqanlarının məsul şəxsləri bu günə kimi Spartak və Azər Nadirovlar barəsində əsaslı hüquqi tədbirlər həyata keçirtmirlər. Görəsən Masallı hüquq mühafizə orqanlarını susduran səbəb nədir?
Sözün qısası, BakuPress.Az -a daxil olan məlumata görə, Masallıda Nadirovlar at oynadır.Görəsən, ölkə mediasının bu qədər yazmağına, dövlət başçısına, hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciətlərə baxmayaraq nə üçün heç bir tədbir görülmür..? Bəs ölkənin məhkəmə-hüquq sistemi hara baxır..? “Hacı Abı”nın oğlanları Spartak və Azər Nadirovlar Azərbaycan qanunlarından güclüdürmü..?
BakuPress.Az olaraq növbəti yazıda bu suallara konkret cavab tapmağa çalışacağıq.
Yazıda adları çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Azər və Spartak Nadirov qardaşları barədə geniş araşdırmanı yaxın günlərdə təqdim edəcəyik. Bizi mütləq izləyin.