“Qəbələ”nin oyununda əlbəyaxa dava düşüb - VİDEO

Qəbələ”nin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Çexiyanın “Teplitse” komandası ilə yoxlama oyununda əlbəyaxa dava düşüb.

“Report”un məlumatına görə, insident qarşılaşmanın sonlarına yaxın rəqib futbolçu ilə “qırmızı-qaralar”ın kapitanı Asif Məmmədov arasında baş verib. Daha sonra digər oyunçular insidentə qarışıblar.

Qarşıdurmanın böyüdüyünü görən baş hakim oyunu vaxtından əvvəl - 89-cu dəqiqədə bitirib. Yalnız bundan sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, görüş “Qəbələ”nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

0.044880151748657