“Mançester Yunayted” rəqibinə aman vermədi - VİDEO

İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilir.

 

Turun növbəti oyunu “Old Trafford”da baş tutub.

Burada yerli “Mançester Yunayted” “Nottingem Forest”i qəbul edib.

Turnir cədvəlinin üst sıralarında yer alan “qırmızı şeytanlar” sondan ikinci yerdə qərarlaşan rəqibinə aman verməyib. Ev sahibləri qonaqların qapısından üç cavabsız top keçiriblər - 3:0.

Qeyd edək ki, tura çərşənbə günü oynanılacaq “Lids” - “Mançester Siti” oyunu ilə yekun vurulacaq.

 

0.04210901260376