Azərbaycanda hələ çox Vasiflər var...”

Allaha şükür, Vasif Talıbov istefa verdi. Milli Məclisin sədr müavini Adil Əliyevin uğurlu kadr kimi Naxçıvan Ali Məclisinin sədri seçilməsi çox yaxşı olar. Çünki Adil Əliyevin uzun müddətdir parlament təcrübəsi də var. Həm yerli adamdır, həm də oradakı işləri kifayət qədər gözəl bilir. Əliyev qardaşları Naxçıvanda çox məşhurdurlar. Hazırda Naxçıvanda yaranmış vəziyyəti düzəldə biləcək yeganə adam Adil Əliyevdir, sözün açığı, başqasını görmürəm. Yalnız o, edə bilər, başqası bunu edə bilməyəcək. Allahın izni ilə, çox uğurlu gediş olar. Təki Adil Əliyevi Naxçıvana göndərsinlər...”

Bu sözləri sabiq deputat Cümşüd Nuriyev deyib.

C.Nuriyev deputat Siyavuş Novruzovun Vasif Talıbovun istefa verməsinin cənab Prezidentin iradəsindən asılı olduğunu deməsinə isə münasibət bildirib: 

“Siyavuş Novruzov səhv danışır. Yəni YAP-ın aparıcı adamlarından biri birmənalı şəkildə göstərir ki, icra hakimiyyəti qanunverici orqanın işinə qarışır. Yəqin, Siyavuş Novruzov sözlərinə fikir verməyib. Bütün hallarda yalnız şəxsin özü qanunverici orqandan istefa verə bilər. 

Yaxud Naxçıvan Ali Məclisi yığışıb, Talıbovu istefaya göndərməli idi. Bunu Naxçıvandan gözləmək isə sanki səhradan buz istəmək kimi bir şeydir, yəni mümkün olan şey deyil. Parlamentdə Naxçıvan kökənli, hardasa, 20 deputat var. Nazirlərin yarısı naxçıvanlıdır. Hələ digər vəzifə sahibləri... Hara əl atırsan, bunlardandır. Başda AMEA-nın prezidenti olmaqla, bəziləri Naxçıvanda edilən zülmlərlə bağlı gedib Talıbovun əlindən, ayağından öpürdülər. İndi isə hamısı arxasınca danışır. Bu, yaxşı şey deyil. Çox axmaq adətdir. Deməyə söz tapmıram. Belə olmamalı idi. Təəssüf ki, etdilər. 

Amma bütün hallarda Talıbovun kim olduğu bəlli idi. Talıbovun indiyə qədər etdiklərini görən naxçıvanlılar niyə susurdular, reaksiya vermirdilər? Azərbaycanın qədim torpağı Naxçıvana Talıbov və adamları 30 ildir qan uddurur. Talıbovun əlindən öpən AMEA prezidenti İsa Həbibbəyli hansı ağılla orada qalıb? Kim onu seçib? Azərbaycanda balaca Napoleonlar var. 

Boylarına baxın - Vasif Talıbov, Əli Həsənov, Ramiz Mehdiyev... yəni bu tipdə olan adamlar var. Hamısı özlərini Napoleon hesab edirlər. Azərbaycan iqtidarını gözdən salan da, ölkədə hər cür qarşıdurma yaradan da, “5-ci kolon”un adamları da bunlardır. Rusiyaya, İrana işləyirlər, hara işləmirlər ki? Ramiz Mehdiyevlə Vasif Talıbov Azərbaycanda xalqı Prezidentin əleyhinə qaldırır. Prezidenti gözdən salmaq üçün birmənalı şəkildə Mehdiyevin tapşırığı var ki, vəzifəyə ancaq naxçıvanlıları qoymalısınız. Bir güllə ilə neçə dovşan vurur. Göstərir ki, guya Prezident yerlibazlıq edir, həm də xalqa deyir ki, sizə heç nə yoxdur, hər şey naxçıvanlılarla ermənistanlılarındır. Əli Həsənov çıxıb deyir ki, Azərbaycanda Şirvan dövləti yaradılır. Hanı, bəs niyə yaradılmadı o dövlət? Hamısı Mehdiyevin Rusiyaya xidmət etmək üçün xalqla Prezident arasında yaratmaq istədiyi narazılıq idi. Onu da çox böyük məharətlə yaratdı. Talıbov sadəcə oyunçu idi, baş rolun ifaçısı Mehdiyevdir. Azərbaycanda hələ çox Vasiflər var. Yəni balaca Napoleonlarımız çoxdur. Hamısı özlərini kiçik “Allah” hesab edirlər. Nəmruddurlar...”

C.Nuriyev Vasif Talıbovun istefa səbəbini səhhətindəki problemlə əsaslandırmasına da fikir bildirib: “Vasif Talıbov doğrudan xəstədir, bu, dəqiqdir. Ağır şəkər xəstəsidir. Allah şəfa versin, buna heç nə deyə bilmərəm. Xəstəliyi öz yerində, amma adam özü problemli adamdır...”

0.12982702255249