Dekabrın 17-də saat 18:45-də Z.Bünyatov prospekti 2072-də “Dərnəgül taxta bazarı” adlanan ərazidə 27 yaşlı İskəndərov Eyyub Saleh oğlu idarə etdiyi avtomobil ilə piyada keçid olmayan yerdə yolu keçən 71 yaşlı Vəliyev Əli Vəli oğlunu vurub.
Lent.az xəbər verir ki, o, aldığı xəsarətlərdən bir gün sonra Kliniki Tibbi Mərkəzdə ölüb.
Qeyd edək ki, faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.21-ci maddəsi ilə cinayət işi açılıb.