Tapşırıq Şuşanın azad olunması idi və Azərbaycan əsgəri bunu bacardı" - General

Vətən müharibəsi zamanı Şuşa əməliyyatını digər əməliyyatlardan fərqləndirən ilk növbədə Şuşanın çətin relyefi və düşmənin şəhəri tərk etməməyə qərarlı olması idi.

Bunu Trend-ə açıqlamasında birlik komandiri general-mayor Kənan Seyidov deyib.

General-mayor qeyd edib ki, Azərbaycan Ordusu 44 günlük müharibədə ardıcıl qələbələri, işğalda olan kənd və şəhərləri ard-arda azad etməsi Şuşa əməliyyatları üçün böyük zəmin yaratdı:

"Bu, şəxsi heyətdə ruh yüksəkliyi yaratmışdı. Artıq Şuşa ətrafına gəlib yerləşəndə şəhəri nəyin bahasına olur-olsun azad etmək və orada Azərbaycan bayrağını dalğalandırmaq hər bir əsgər və zabitimizin ən böyük arzusu idi. Tapşırıq Şuşanın azad olunması idi və Azərbaycan əsgəri bunu bacardı", - K.Seyidov bildirib.

Birlik komandiri post-müharibə dövründə ordu quruculuğundan da danışıb:

"Ümumiyyətlə əməliyyatlardan sonra təcrübə onu göstərdi ki, xüsusi hərbi hissələrin açılışına, yeni hərbi hissələrin və komando birləşmələrinə, dağlıq-meşə və çətin ərazilərdə tapşırıq yerinə yetirmə qabiliyyəti olan hərbi hissələrin yaradılmasına ehtiyac var. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə bir neçə komando hərbi hissələrinin açlışı oldu. Hazırda da bu proses davam etdirilir", - General-mayor əlavə edib.

 

 

0.16588616371155