Masallıda Zəfər Günü münasibətilə ehsan süfrəsi təşkil edildi

Masallı şəhərində yerləşən İlqar Plaza şadlıq sarayında Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü ilə Zəfər Günü ərəfəsində ehsan süfrəsi təşkil edildi. BakuPress.az xəbər verir ki, ehsan süfrəsində şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayonun hüquq-mühafizə idarələrinin rəhbərləri, millət vəkilləri Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı, dini icmaların rəhbərləri və rayon ziyalıları iştirak edirdi.

500 nəfəri əhatə edən ehsan süfrəsi Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildikdən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Masallı rayonunun axundu Masallıdan olan bütün şəhidlərin hər birinə ayrı-ayrılıqda Quran tapşırıb.


Tədbirdə iştirak edənlər 44 günlük Vətən Müharibəsi zamanı Dövlət-Xalq-Ordu birliyindən söz açmış, şəhidlərin qanını yerdə qoymayan Ali Baş Komandan və Müzəffər Ordumuzun uğurlarından, şəhid-qazi ailələrinə göstərilən dövlət dəstəyindən söz açmış, Vətənin müdafiəsi uğrunda hər zaman Ali Baş Komandan İlham Əliyevin çağırışına hazır olduqlarını bildirmişlər.

Mərasim zamanı şəhid anaları da ürək sözlərini demiş, təşkilatçılara minnətdarlıqlarını qeyd etmiş, xatirə şəkilləri çəkdirmişlər.









0.022166967391968