Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq" Almaniya Bundesliqasında 12-ci tur oyununa çıxıb.
BakuPress.Az xəbər verir ki, komanda "Şalke"nin qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.
"Şalke" - "Frayburq" - 0:2
Qollar: Qrifo, 45+1, 61-pen
Bu qələbə ilə xalını 24-ə yüksəldən "Frayburq" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Siyahıya 26 xalla "Union" başçılıq edir. "Bavariya" 25 xalla 2-cidir.
Qeyd edək ki, Avroliqanın qrupunun ilk oyununda Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzub. Bu komandalar arasında noyabrın 3-ü Bakıda keçiriləcək ikinci matç saat 21:45-də başlayacaq