Goranboyda iki avtomobil toqquşdu: Üç nəfər xəsarət aldı

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, VAZ-21099 markalı avtomobilin idarəetmədən çıxaraq digər avtomobilə çırpılması nəticəsində 1958-ci il təvəllüdlü M.Abdullayev, 1972-ci il təvəllüdlü K.Axundov və 1955-ci il təvəllüdlü P.Axundova xəsarət alıb.

Onlar xəstəxanaya aparılıblar, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

0.046065092086792