Masallıda aidiyyətı orqanlar qanunu "qanunla "pozur,dövlət orqanları bir- birinə niyə şübhə ilə yanaşır?

Bakupress.Az -ın Polis rəisi Mafiya dəstəsinin cinayətlərinə nədən göz yumur?-Cənab nazir, Masallı təcili nəzarətə götrülməlidir,sakinlərin təhlükəsizliyi təhlükə altındadır!

başlıqlı ötən bölümündə Masallı rayonunda baş  verən zorakılıq, heç bir  ölçüyə sığmayan qanunsuzluq hallarından bəsh etmişdik.
Qeyd edək ki,Birinci qrup əlil oğlumu döyüb, qolunu, qabırğasını sındırdılar”
Zərərçəkmiş şəxsin atası 70 yaşlı ağsaqqal Əhəd Əhədov Bakupress.Az -a bilidirir ki,

"Əhəd Abıyevin qohumları bizə yaşamağa imkan vermir…”

Birinci qrup əlil olan oğlum – 1979-cu il təvəllüdlü Emin Əhədovu Azər və Spartak küçədə döyüb, qolunu, qabırğasını sındırıblar. Oğlum 1 ay Travmatologiya İnstitutunda yatdı. Hadisə olan yerdə çoxsaylı kameralar var. 49 gün heç bir iş görmədilər. Müstəntiq dəyişəndən sonra müəyyən qədər iş getdi. Təsəvvür elə, şahidlər təqdim edirdik, baxmırdılar, dindirmirdilər. Düzü, daxili işlər nazirinin qəbulunda olandan sonra irəliləyiş oldu, cinayət işi başlandı. Heç bu işin üstünü açıb, günahkarı cəzalandırmamış oğluma qarşı yenidən cinayət törədildi. Düz evimizin qarşısında onu döyüb burnunu sındırdılar…
Ötən yazımızda bildirmişdik ki,zərərçəkmişin vəsatəti əsasında yenidən ekspertiza təyin olundu və ekspertiza bu dəfə xəsarətin ağır olduğu barədə rəy verib.


Masallı sakininin sözlərinə görə, Azər və Spartak Nadirov qardaşlarının ona və ailə üzvlərinə qarşı törətdiyi hərəkətlərdə icra başçısından tutmuş, polis rəisinə qədər hamı xəbərdardır. Amma onların qarşısını alan yoxdur.

Ötən yazımızda bildirmişdik ki,zərərçəkmişin vəsatəti əsasında yenidən ekspertiza təyin olundu və ekspertiza bu dəfə xəsarətin ağır olduğu barədə rəy verib
Məsələ ilə bağlı Masallı polis şöbəsində cinayət işini aparan müstəntiq Babək müəllimlə əlaqə saxladıq,oda bildirdi ki,"İstintaqın gedişi haqqında məlumat verə bilməz.Amma son ekspertiza rəyində xəsarətin dərəcəsi ağır olaraq qeyd olunub."
Onuda əlavə etdi ki,
“Cinayət işi nəzarətə götürülməklə, hazırda şikayətdə göstərilən xüsusatlar və işin digər halları araşdırılmaqla, istintaq aparılır”.


Spartak Nadirov və Azər Nadirov qanunamüvafiq olaraq,ekspertiza rəyinə görə artıq həbs olunmalı idilər.

Çünki,qeyd etdiyimiz kimi ,artiq qanunla,

I qrup əlilin xəsarətinin ağır olması ekspertiziya rəyi ilə təsdiqləndi

Tibbi ekspertiziya, I qrup əlil Emin Əhədovun aldığı xəsarətin ağır xəsarət olması barədə rəy varsa,Nadirov qardaşlarını Azərbaycan respublikasının qanunvericiliyinə əsasən, qəsdən sağlamlığa ağır xəsarət yetirmə, 126-cı maddəyə əsasən azadlıqdan məhrumetmə cəzası gözləyir.

Amma sən saydığını say,gör rayon prokurorluğu nə sayır.
Əhəd Əhədov redaksiyamıza zəng vuraraq bildirdi ki,rayon prokururluğu Tibbi ekspertizanın rəyinə şübhə ilə yanaşır,yenidən rəyin təsdiqi üçün Respublika prokurorluğuna göndərib.
Burda maraqlı sual doğur,dövlət orqanları bir birinə niyə şübhə ilə yanaşır
Amma sorğuya əsasən,Masallı Rayon Prokurorluğundan bildirilib ki, Emin Əhədovun sonradan bir daha döyülməsilə əlaqədar da ayrıca cinayət işi başlanıb.
Ataların bir misalı yadıma düşdü,"Qaynana kündəni sayır,gəlin kündədən kəsir"
Bir qolu xəsarətdən əlil qalan isə Emin Əhədovdur.Bu marağa son qoymaq yalnız qalıb daha yuxarı instansyaların ümidinə...


Ümid edirik, yaxın vaxtlarda Spartak Nadirov və Azər Nadirov həbs olunacaq.

Mövzü ilə bağlı araşdırmamız davam edir.

Ardını növbəti bölümdə izləyin.

0.043030977249146