Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə zorla ərə verilib? - YENİLƏNİB

Polis Sabirabad rayonunda yeniyetmənin babası tərəfindən zorla ərə verilməsi iddiası ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov BakuPress.Az-a açıqlamasında bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub:

“Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Valideynləri isə övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər”.

Fakt polis tərəfindən nəzarətə götürülüb.

09:57

Sabirabad rayonunda yeniyetmənin babası tərəfindən zorla ərə verilməsi barədə iddia yayılıb.

Bu barədə Baku.ws-in “qaynar xətt”inə məlumat daxil olub.

İddia edilir ki, rayonun Qaraağac kənd sakini 16 yaşlı Elnarə adlı qız (şərti ad) Elnur (şərti ad) adlı 40 yaşlı kişiyə ərə verilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, məsələ ilə bağlı yerli polis orqanı tərəfindən müvafiq araşdırmalar aparılır.

0.056551933288574