Bu gün hər qarış torpağı qızıldan baha olan Lənkəranda sənəti qızıl olan Cavad Rəcəbov dünyaya gəlib

Heç bir standartın ölçə bilmədiyi dəyərlər toplusudur Azərbaycan mədəniyyəti. Zirvəsində ola bilənlərin xoş halına.
Haqqında yazmaq istədiyim adam da lap Zirvədəkilərdən biridir.
20 dekabr 1954-cü ildə hər qarış torpağı qızıldan baha olan Lənkəranda sənəti qızıl olan Cavad Rəcəbov dünyaya gəlib.Bu gün onun doğum günüdür .
Mənbəyini başıqarlı uca dağlardan alan, kükrəyən dağ çayı kimi coşub-daşan, səsi qara zurnanın zilinə uyğun gələn, həlimləşəndə sızlayan kamanın naləsini yada salan sevimli bir sənətkar, ləyaqətli vətəndaş, Vətən oğlu üçün yazdığım təbrikdə bir sözün yüzbir çalarını tapmaq mənim qələmimə biçilməyib.
Amma bacardığım qədər onu vəsf elədim

Qələmə gətirdiklərim tanıdığım bir söz sərrafına ünvanlanan, bərsiz-bəzəksiz, səmimiyyətdən doğan qeydlərdir.
Allah Azərbaycan xalqına elə bir dərinlik bəxş edib ki, SÖZ deyəni ayrı, SAZ dilləndirəni ayrı gözəldi. Bu torpağın, havasının, suyunun qədrini bilmək lazımdır. Burda yetişənlərin Yer üzündə tayı-bərabəri olmur. Bu torpaq hər insanında bir parça Vətən yetişdirir. Hərə özü boyda Azərbaycandır bu məmləkətdə. Sabiri var, Cəlili var, Müslümü var...
Cavadı var!
Və nə yaxşı ki, var!
71 yaşın mübarək,xalqının sevilən sənətkarı!Cavad Rəcəbov adı Azərbaycan mədəniyyət və musiqi tarixinə qızıl hərflərlə yazılıb.
Yeni yaşınız mübarək olsun!

ŞƏFƏQ AĞACAN

0.018099069595337