Suraxanının yeni icra başçısı: keçmiş polis rəisi və deputat - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

BakuPress.az xəbər verir ki, A.Əliyev bu təyinata kimi VI çağırış Milli Məclisin vitse-spikeri olub.

Keçmiş deputatın qısa tərcümeyi-halını təqdim edir:

Adil Abış oğlu Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Maxta kəndində anadan olub. Leninqrad Ali Hərbi Dənizçilik Akademiyasının Mühəndis-şturman fakültəsini, Azərbaycan Polis Akademiyasını və BDU-nun magistraturasını bitirib.

1992-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində bölmə rəisi, 1994-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsində növbətçi inspektor, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, 1998-ci ildən Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsində baş əməliyyat müvəkkili, rəis müavini işləyib. 1999–2002-ci illərdə Su Nəqliyyatında Polis İdarəsi Xətt polis şöbəsinin rəisi, bölmə inspektoru olub. 2002-ci ildən Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin bölmə rəisi, Yasamal rayon Polis İdarəsinin şöbə rəisi, 2004–2005-ci illərdə Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi vəzifələrində çalışıb.

Üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

«İgidliyə görə» medalı ilə təltif edilib. Rus dilini bilir.

 

Adil Əliyev Milli Məclisdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilmişdi.

2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini idi.

Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

Evlidir, 3 övladı var.

0.98047518730164