Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA - 03.07.2024

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

BakuPress.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

İyulun 3-ü saat 9:00-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb, Şahdağda intensiv olub.

Düşən yağıntının miqdarı Şahdağda 22 mm, Kürdəmir, Gədəbəy, Daşkəsəndə 10 mm, Gəncə, Qusar, Qrız, Sədərək, Şəki, Göygöl, Astara, Altıağac, Şamaxı, Quba, Xaltan, Qobustan, Qax, Sabirabad, İsmayıllı, Qəbələ, Naftalan, Balakən, Göyçay, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Zaqatala, Şəmkir, İmişli, Oğuz, Şərur, Şahbuz, Culfa, Naxçıvanda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında da 1 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da və Aran rayonlarında 30, dağlıq rayonlarda 17-21 dərəcəyə isti olub

0.046732187271118