Bu gün Vilayət Eyvazovun ad günüdür

Bu gün Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun ad günüdür.

BakuPress.Az xəbər verir ki, general-polkovnikin 56 yaşı tamam olur.

Qeyd edək ki, Azərbaycanın 8-ci daxili işlər naziri Vilayət Süleyman oğlu Eyvazov 28 iyun 1968-ci ildə Naxçıvanın Culfa rayonunun Əbrəqunis kəndidən anadan olub.

1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib, Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001–2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli sərəncamı ilə daxili işlər nazirinin birinci müavini təyin olunub.

2004-cü ildə polis general-mayoru, 2006-cı ildə polis general-leytenantı, 2019-cu ildə general-polkovnik ali hərbi rütbəsi alıb.

 

Vilayət Eyvazov 20 iyun 2019-cu ildən Azərbaycan Respublikasının daxili işlər naziridir.

"Azərbaycan Bayrağı", 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə", “Zəfər” ordenləri, "İgidliyə görə" medalı ilə təltif olunub.

 

Ailəlidir, 3 övladı var.

BakuPress kollektivi olaraq biz də öz adımızdan cənab nazirimizi təbrik edir, Allahdan ona sağlıqlı ömür və işləeində uğurlar arzulayırıq

0.027384042739868