Əfv sərəncamı icra olunur-Fotolar

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

BakuPress.Az xəbər verir ki, məhbusların cəza çəkdiyi 10 saylı cəzaçəkmə müəssisəsindən üç nəfər azadlığa buraxılıb, altı nəfərin isə cəzası azaldılıb.

10:44

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində icra olunur.

BakuPress.Az xəbər verir ki, məhbusların cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən üç nəfər azadlığa buraxılıb. Onlardan ikisi Əfqanıstan, biri isə Rusiya vətəndaşıdır.

10:35

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində icra olunur.

Oxu.Az xəbər verir ki, qadın məhbusların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsindən dörd nəfər azadlığa buraxılıb.

Qeyd edək ki, Əfv sərəncamı paralel olaraq Penitensiar Xidmətin digər cəzaçəkmə müəssisələrində də icra olunur.

09:01

Bu gün Prezident İlham Əliyevin imzaladığı və ümumilikdə 154 nəfərə şamil edilən "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamın icrasına başlanılır.

Oxu.Az xəbər verir ki, sərəncamın icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2, 4,10, 16, 17 saylı cəzaçəkmə müəssisələrində həyata keçiriləcək.

Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş üç şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də islah işləri cəzasına məhkum edilmiş iki nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş dörd nəfər isə cəzadan azad olunub. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş bir şəxsin məhkumluğu götürülüb.

Qeyd edək ki, budəfəki əfv sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş səkkiz nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib. Onlardan beşi Əfqanıstan, ikisi Türkiyə, biri isə Rusiya vətəndaşıdır.

 

0.02283501625061