Kür çayının sahilində çətənə yetişdirən Neftçala sakini həbs olundu

Kür çayının sahilində çətənə bitkisi yetişdirən Neftçala rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Kür çayının rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Fəttah Əhmədov saxlanılıb.

Əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilmiş 35 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

0.8850839138031