Qubada dələduzluqda ittiham edilən şəxs saxlanılıb

Qubada dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan BakuPress.Az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan müraciət əsasında rayon sakini Xəlil Əhmədovu saxlayıblar.

O, K.Salahovanın 1 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəlidir.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

0.024502992630005