Azərbaycanın 7 güləşçisi bu gün AÇ-də mübarizə aparacaq

Bakı İdman Sarayında güləş üzrə U-23 Avropa çempionatı keçirilir.

QOL.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın 7 güləşçisi mübarizə aparacaq.

 

 

Bu gün həmçinin qadın güləşçilər yarışa qoşulacaqlar.

İlk olaraq Şahanə Nəzərova (50 kq), Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova (59 kq) xalça üzərinə çıxacaq. Daha sonra Nihad Quluzadə (60 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal üçün güləşəcək. Ruslan Nurullayev bürünc (72 kq) uğrunda, Murad Əhmədiyev (97 kq) isə təsəlliverici görüşdə gücünü sınayacaq.

Qeyd edək ki, əvvəlki iki günün nəticələrinə əsasən, Azərbaycan millisinin hesabında 4 mükafat var. Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, Rəşad Məmmədov (55 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb.

0.071240901947021