Bərdə şəhərinin Heydər Əliyev prospektində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələrinin yaşadıqları ərazi ilanların məskəninə çevrilib.
Sakinlərin sözlərinə görə, burada tez-tez qızıl ilan və gürzələr gözə dəyir.
“İndiyə qədər 7-8 ilan öldürmüşəm. Burada ilanlar doludur, divarın altından da çıxırlar”, - sakin Əziz Salmanov söyləyib.
Ev sahibləri bildirirlər ki, ilanların həmin ərazidə çox olmasının səbəbi ətrafı kol-kosun basmasıdır.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: