Güclü şirniyyat istəyiniz bundan qaynaqlanır - Yeni araşdırma  

Əgər gecəni evdə tək, şokolad və ya dondurma yeyərək keçirmisinizsə, özünüzü günahkar hiss etməyinizə ehtiyac yoxdur. Çünki yeni bir araşdırma tənhalığın şəkərli qidalara qarşı güclü istəklərə səbəb ola biləcəyini sübut edir.BakuPress.Az

xəbər verir ki, “JAMA Network Open” jurnalında dərc edilən araşdırma, sosial cəhətdən təcrid olunmuş insanların beyin kimyasının çəki artımı, idrak qabiliyyətinin azalması və 2-ci tip diabet və piylənmə kimi xroniki xəstəliklərlə əlaqəli olduğunu müəyyən edib.

 

Tədqiqatçılar 93 premenopozal iştirakçının qida siqnallarının sosial mühitdən asılı olaraq necə dəyişdiyini araşdırıblar. Nəticələr tənhalıq və ya təcrid hissi keçirənlərin bədən yağının daha yüksək faizə malik olduğunu, qida asılılığı və həddindən artıq yemək kimi mənfi xüsisiyyətlərə sahib olduğunu üzə çıxarıb.

Tədqiqatçılar iştirakçıların şirin və dadlı qidaların mücərrəd şəkillərinə reaksiyalarını izləmək üçün maqnit rezonans tomoqrafiyasından istifadə ediblər. Nəticələr göstərib ki, təcrid olunmuş şəxslər beynin şəkər istəklərinə cavab verməkdə əsas rol oynayan müəyyən nahiyələrində ən böyük fəaliyyətə malikdirlər.

0.033224105834961