Xəstəxanaya yerləşdirilən Çingiz Abdullayevin səhhəti ilə bağlı AYB-dən AÇIQLAMA

Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev sabah xəstəxanadan evə buraxılacaq”.

Bu barədə “Report”a Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, Xalq yazıçısının durumu yaxşıdır.

Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılıb. Xalq yazıçısı səhhətində problem yarandığından yenidən hospitala yerləşdirilib.

0.076635837554932