Evində huşsuz tapılan məşhur türkiyəli aktyorun vəziyyəti bəlli oldu - FOTO

Məşhur türkiyəli aktyoru, “Yeşilcam”ın ustad sənətçisi Kadir İnanırın son vəziyyəti məlum olub.

74 yaşlı aktyorun müalicəsi yaxşı getdiyi üçün martın 27-də ekstubasiya edilən (nəfəs yoluna qoyulan boru çıxarılıb) İnanır aprelin 1-də reanimasiyadan çıxarılaraq palataya yerləşdirilib.

 

Xəstəxanaya aparıldıqdan sonra sağalmağa doğru gedən sənətçi, bu gün xəstəxanadan buraxılıb, lakin onun reabilitasiya prosesi hələ davam edəcək.

Xatırladaq ki, martın 24-də Beykozdakı evində huşsuz tapılan və Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılan 74 yaşlı aktyor Kadir İnanır beynindəki laxtalanma nəticəsində insult keçirdiyi üçün əməliyyat olunub və ehtiyat tədbiri olaraq intubasiya edilib (nəfəs yoluna boru qoyulub).

 

Mənbə: Haber Global

0.025233030319214