İnternat məktəbinin əhvalatları və ya Tariyel Əkbərovun oyunları

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı respublika xüsusi internat məktəbində baş verənləri işıqlandırmışdıq.

 

Görünür, bizim xoş məramlı niyyətimiz internat məktəbində qaranlıq işlər görməyə adət etmiş bəzi məsul şəxsləri, xüsusilə də sözügedən məktəbin direktoru Tariyel Əkbərovu ciddi narahat edib.

 

Hirs-hikkəsini bilirsiniz necə töküb ilan zəhəri kimi?! Hə, deyək, bilin: yazılanlara görə məktəbin müəllimlərinə töhmət verib. Töhməti əsaslandıranda isə bir az da dərinə “baş vurub: müəlliməni reket jurnalsitə məlumat ötürməkdə gunahlandırıb. Yəni, bizi və həmin məqaləni dərc edən mətbuat nümayəndələrini reket adlandırıb.

 

Əvvəla, təhsil sisteminin başında olan bir adam niyə mətbuat nümayəndələrinə reket desin, xüsusən də reket adlandırdığı müstəqil mətbuat nümayəndələrinin reketliyi haqqında əlində hansısa faktları olmaya-olmaya?!

 

Bu gün T. Əkbərovun reket adlandırdığı mətbuat nümayəndələrinin dostu ölkə başçısı Cənab İlham Əliyevdir. Xatırlatma edək ki, prezident İlham Əliyev 2013-cü ildə ikinci dəfə “Jurnalistlərin dostu” seçilib. Yazıq direktor elə bilir ki, mətbuat yalnız bəzi “yoldanötən”, əslində, jurnalistikadan uzaq, zurna çalıb, beş-on manat “taksipulu” almaq üçün qurumları, təşkilatları narahat edənlərdir.

Mənbə:Analoq.az

 

 

0.037450075149536