Şirvanda qanunsuz narkotik satan dörd nəfər saxlanılıb - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ə.Alışov, C.Əhmədov, Ə.Heybətov və R.Dadaşova saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

 

0.028753042221069