Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub.
BakuPress.Az məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən bu vəzifəyə Elnur Quliyev təyin olunub.
Qeyd edək ki, o, bundan əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışıb.