Mügənni Nüşabə Müsayevaya bəraət verən hakim barəsində şikayət olundu - Zərərçəkmiş şəxs isə hakimin qərarından şikayət etdi

Bakı Şəhər Səbail rayon Məhkəməsində müğənni Nüşabə Musayeva barəsində xalası Şahsənəm Canıyeva xüsusi ittiham qaydasında şikayətə baxılıb. İlkin məhkəmə qərarına əsasən müğənniyə bəraət verilib.

BakuPress.Az əldə etdiyi məlumata görə müğənni məhkəmə zalında xalası barəsində işlətdiyi ifadələrə görə peşman olduğunu və ondan üzr istədiyini bildirib lakin buna baxmayaraq Şahsənəm Canıyeva Səbail rayon məhkəməsinin çıxardığı qərarla razılaşmır. Qərardan artıq Bakı Apeliyasıya Məhkəməsinə şikayət olunub, həmçinin əlavə faktlarda təqdim olunub.

Hakim Azər Tağıyev məhkəmə presesində yol verdiyi nöqsanlara görə barəsində məhkəmə-hüquq şurasına və Ədliyyə naziri cənab Fərid Əhmədova şikayət olunub. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs Canıyeva Şahsənəm Ağaddin qızı tərəfindən məhkəmə-hüquq şurasına və ədliyyə nazirinə ünvalandığı açıq şikayət məktubunun bir nüsxəsi də redaksiyamıza göndərilib, həmin məktubu oxuculara təqdim edirik: 

Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fərid Əhmədova:

Surəti: Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına cinayət işi üzrə zərərçəkmiş şəxs Canıyeva Şahsənəm Ağaddin qızı tərəfindən

 ŞiKAYƏT


Bildirirəm ki, tərəfimizdən Musayeva Nüşabə Sabir qızı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət olunmuşdur. 

23 fevral 2024-cü il tarixdə Səbail rayon məhkəməsində işə baxılaraq Musayeva Nüşabə Sabir qızı barəsində bəraət hökmü çıxarılmışdir. Bildirirəm ki, Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev tərəfindən işə baxılarkən maddi və prossesual hüquq normaları kobud şəkildə pozulmuşdur. 

Belə ki, iş materiallarında olan sübutlar hökm çıxararkən nəzərə alınmamış, toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Bundan başqa qeyd etmək istəyirəm ki, iş üzrə məhkəmə hökmü 23 fevral 2024-cüil tarixində elan olunmuş, lakin 18 gün keçməsinə baxmayaraq hökm hələ də elektron məhkəmə sisteminə yerləşdirməmişdir, məhkəmə iclasının protokolları isə hələ də tərtib olunmamışdır.

Hesab edirəm ki, hökmün bu müddət ərzində elektron məhkəmə sisteminə yerləşdirilməməsi tərəfimizdən apellyasiya şikayəti vermə müddətinin ötürülməsinə xidmət edir və bu da hakimin bu işdə maraqlı və qərəzli olmasını deməyə əsas verir.

Belə ki, Azərbaycan Respublikası CPM-in 358. I-ci maddəsində qeyd olunmuşdurki, məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq aşağıdakı hərəkətlər yerinə yetirilməlidir: 358.1.1. məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərərçəkmiş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə və onlarin nümayəndələrinə verməlidir; Xahiş edirəm, qeyd olunan pozuntulara görə Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev barəsində hüquqi tədbir görməklə, barəsində intizam icraatı başlayasınız.

Sonda onuda əlavə edək ki, Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyev xüsusi ittiham qaydasında hökmü elan etdikdən 20 gün müddətinə tərəflərə təqdim etməli olsa da lakin praseduar qaydaları pozaraq hökmü 20 gündən sonra təqdim edib. Bu da ciddi qanun pozuntusu və növbəti məhkəmə şikayət verilməsinə ciddi əngəl yaradır məhz buna görə ölkədə bir neçə hakim ciddi cəzalandırılıb hətta hakimlikdən uzaqlaşdırlanlarda var

İmza: Caniyeva Şahsənəm Ağaddin qızı

Əlaqə nömrəsi (050) 6488907

Mənbə:"Azərbaycan Reallığı"

0.12282800674438