Şirvan şəhər sakinləri Füzulidə 10 kiloqram narkotiklə saxlanılıblar - FOTO

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Şirvan şəhər sakinləri Kamran Heydərov və Əliqismət Quliyev saxlanılıblar.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərdən 10 kiloqram marixuana və tiryək, həmçinin 100 ədəd metadon həbi aşkar edilib.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

 

0.022954940795898