İnsan orqanizmi üçün günün ən pis vaxtı hansıdır? - TƏDQİQAT

ABŞ-nin Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, insanın əhvali-ruhiyyəsindən, sirkad (bioloji) saatından və digər amillərdən asılı olaraq səhər saat beş radələri günün ən pis vaxtıdır.

Bu barədə “PLOS Digital Health Journal” tibbi nəşrində dərc olunan araşdırmada deyilir.

 

Tədqiqatçıların hesablamalarına görə, bu altmış dəqiqə ərzində, saat 05:00-dan saat 06:00-a qədər insanlar nə vaxt oyanmasından asılı olmayaraq, əhvali-ruhiyyələrinin daha pis olduğunu bildiriblər.

“Əhvali-ruhiyyə təbii olaraq və yuxudan asılı olmayaraq səhər ən aşağı, axşam isə ən yüksək nöqtədə olur”, - deyə psixiatr və tədqiqatın aparıcı müəllifi Benjamin Şapiro bildirib.

Bunun əksinə, araşdırmalara görə, axşam saat 17:00-da əksər insanların əhvali-ruhiyyəsi daha yüksək olur.

“Biz müəyyən etdik ki, əhvali-ruhiyyə orqanizmin daxili saatı ilə əlaqəli bir ritmə uyğundur və bu saatın təsiri insan oyaq qaldıqca artır", - deyə tədqiqatın baş müəllifi Denni Forger qeyd edib.

Mənbə: rg.ru

0.042705059051514