DİN-in mətbuat xidməti Sabirabadda qohumlar arasında kütləvi dava ilə bağlı açıqlama verdi

 

BakuPress.Az xəbər verir ki,Sabirabadda baş verən kütləvi dava ilə bağlı DİN-mətbuat xidmətinin Şirvan regional qrupunun açıqlama verib.

Sabirabad rayon sakini Elşən Heybətov bir neçə gün əvvəl həmyerlisi Şirvan Heybətov və övladları tərəfindən döyülməsi barədə polisə məlumat verib. Elə həmin gün, Ş.Heybətov da eyni məzmunlu şikayətlə polisə məlumat verərək qarşı tərəfin onu döyməsini, həmçinin E.Heybətovun oğlunun onu avtomobil ilə vurmasını bildirib. Daxil olan hər iki müraciət ilə bağlı tərəflərin izahatları alınıb və ekspertizalar təyin olunub. Araşdırmalar davam etdirilir.

Nizami Həmidov

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı

0.04917311668396