Qvineya körfəzində böyük neft yatağı aşkar edilib

Qvineya körfəzi sularında, Kot-d'İvuarın şelfində böyük neft yatağı aşkar edilib.

Yatağın ehtiyatları 1,5-2 milyard barel neft və 2,4 trilyon kubfuta (təxminən 67 milyard kubmetr) qədər qaz olaraq qiymətləndirilir. Neft yeddi kilometr dərinliyi olan quyuda aşkar edilib.

Qeyd edək ki, 2021-ci ildə Kot-d'İvuar şelfində ilk böyük neft və qaz yatağı kəşf edilib.

 

 

Ekspertlərin fikrincə, 2027-ci ildə Kot-d'İvuar Afrikanın on ən böyük neft istehsalçısından biri olacaq.

Mənbə: Eсofin

0.070605993270874