"Sevgi evi” qadın və uşaq sığınacağının rəhbəri haqda daha bir İDDİA – Yeni doğulan körpənin taleyi məlum deyil/VİDEO

BakuPress.Az AzTimes.az-a istinadən xəbər verir ki, “ToTu” ləqəbi ilə efirlərdən tanıdığımız azyaşlının anası Şəlalə Mürsəlova Xoşqədəm Hidayətqızının təqdimatında ARB TV nin efirində yayımlanan ” Səni axtarıram” verlişinə gələrək Sabunçu rayonu ərazisində yerləşən “Sevgi evi ” qadın və uşaq sığınacağının rəhbəri Konül Qasımova haqqında ağlasığmaz iddialarla çıxış edib. X. Hidayətqızının “Sən bura gələndə hamilə idin,o uşaq necə oldu?” sualına Ş.Mürsəlova “öldü” deyə cavab verincə X.Hidayətqızı israrla ona körpənin məzarının yerini göstərməyi tələb edib.”Mən məzarın yerini bilmirəm biz evə qayıdan zaman Könül körpəni götürüb iki saylı körpələr evinə getdi, sonra mənə dedi ki, uşaq ölüb “Məsələ ilə bağlı sözügedən şəxsdən açıqlama ala bilmədik. Güman ki körpə özəl xəstəxanada doğulub. Ş. Mürsəlova bildirir ki, xəstəxanadan körpə ilə birlikdə K.Qasımovayla sığınacağa gətirilmişik. Amma qanuni prosedur belədir. Uşaq doğulduqdan sonra xəstəxanadan çıxaraq evə yollanıbsa,Doğum haqqında şəhadətnamə əldə olunmalı, ananın notarial qaydada övladdan imtina etməsi ilə bağlı sənəd olmalıdır. Aidiyyatı üzrə icra hakimiyyəti və Sosial xidmətlər agentliyinə təqdim edilməlidir. Valideynin imtinasına nəzərən qurumlar birgə qərar cıxarmalı ,o zaman körpə valideyn himayəsindən məhrum olunmuş uşaq kimi sistemə düşməlidir Yox ,əgər valideyn elə xəstəxanada övladından imtina edərsə, o zaman o polisin müşaiyyəti ilə imzalı və ya anonim ərizə yazır və uşağı xəstəxanada tərk edir. Bu təqdirdə uşaq 1 saylı Körpələr Evinə təhvil verilir. Əgər yeni doğulan körpənin ölüm faktı qeydə alınıbsa, TTY vasisətilə körpənin ölüm faktı təsdiqlənir, onun əsasında qəbir yeri təyin edərək dəfn edirlər. Bu barədə valideynə məlumat verilir.Burada xeyli qaranlıq məqamlar ortaya çıxır. Əgər Xoşqədəm Hidayətqızı məsələni sona kimi davam edərək araşdıra bilsə, çox maraqlı məqamların aydınlaşacağı güzgü kimi aydındır.Sözügedən videonu sizə təqdim edirik:


 

0.03928279876709