Dəyərli müğənnimiz ,respublikanın əməkdar artisti,hər zaman Azərbaycan musiqi mədəniyyətinə böyük töhvələr vermiş Aybəniz xanım Haşımova bu gün özünün Facebook sosial hesabında özün lap kiçik yaşalarından Gəncədən Bakıya necə gəlməyindən,Gəncə musiqi məktəbində onun formalmasında əməyi olsm müəllimləri,Uluöndər Heydər Əliyevlə bağlı xatirələrini və həmin illərə aid fotolarını paylaşıb.Ona qarşı bəzən haqsız "ittihamlardan "haqlı olaraq gileyni də bildirmişdir.İzləyiciləri Aybəniz xanımı çox sevdiklərini,onun paylaşdığı yazı və fotoları böyük maraqla qarşılamış və haqqında gözəl şərhlər yazmışdılar.
BakuPress.Az həmin yazı və fotoları oxuculara olduğu kimi təqdim edir:"Gəncə,musiqi mədəniyyətində,gənclərin vətənpərvər ruhda tərbiyələnməsində,inkişafında Zaman müəllimin danılmaz,müstəsna xidmətləri var.Aybəniz Haşımovanın və eləcədə Pianoçu Naibə Şahməmmədovanın adını cəkmək bəs edir ki,Zaman müəllimin yaradıcılıgından xəbərdar olaq.Adları cəkilən hər iki ifaçını eləcə də bütün kollektivin nümayyəndələrini bütün tədbirlərdə,Dövlət əhəmiyyətli,eləcədə zəhmətkeşlərin qarşısında,müxtəlif tədbirlərdə cıxışlar etməyə şərait yaratmış və cox böyük alqışlar qazanmışlar.Düzdür,onların əksəriyyətini,bəlkədə sizlər tanımırsınız, əziz dostlar.Ancaq,onların coxu musiqi məktəblərində yeni nəslin musiqi inkişafında xidmətlər göstərir və xalqımıza yüksək səviyyədə xidmət edirlər. Şəxsən mən o,kollektivə getməsəydim.Bir Aybəniz Haşımova adlı ifaçını nə tanımayacaqdınız nə də,musigimizdə ümumiyyətlə olmayacaqdım.Zaman müəllimin israrla məni ansambla dəvət etməsi,məndə musigiyə bu qədər maraq yaratması məni daha da,həvəsləndirdi və daha da,irəli getməyə sövg ettdi.Ən əsasda,Azərbaycanın görkəmli insanı,xalqını,millətini canından cox sevən dahi insan Həsən Həsənovun qarşısında mənə ifa etmək şansını verdiyinə görə,Zaman müəllimin ruhuna ömür boyu duaçıyam.Bu hadisə olmasaydı mən Ulu Öndər Heydər Əliyevin qarşında yaqin ki,hecvaxt ifa edə bilməyəcəkdim.Çox böyük uğurlara yolum məhz o,Gündən başladı.
????
Həsən Həsənovun xatirələrindən,dediklərindən ömrümə,sənətimə qiymətsiz olan xatirə:
- Bu Gəncənin qədim məscidlərindən biri idi. Əsl adı Toyoxçu iri. Qonşuluqda Şətəfxanlı məhəlləsi olduğundan adını dəyişib qoydum Şərəfxanlı.
Təmir etdik və qərara gəldim ki,
kiçik konsert salonu kimi istifadə edək. Bu işi tapşırdım Şirin Rzayevə.
Bu yerin tarixinin başqa əlamətdar hadisəsi o oldu ki, burada Leyli-Məcnun operasından səhnələr tamaşaya qoyuldu.
Şəkilə görə, yəqin təmir işləri hələ başa çatmamışdı. Mən gəlmişdim təmir işlərinin gedişi ilə maraqlanam.
Bu konsertdə yəqin açılışa hazırlıq idi.
Sən oxudun, mən valeh oldum, səni gətirdilər mənim yanıma.
Soruşdum: qızım adın nədir?
Dedin: Şahnazın bacısıyam.
Dedim: elə adın "Şahnazın bacısıdır"?
Dedin: Yox, Aybənizdir!
Sonrakı söhbətimiz adi məlumatlanma xarakteri daşıdı.
Bu görüş mənim yadımda qaldı.
Bir müddət sonra Ulu öndəriniz, Heydər Əliyevin Gəncəyə gəlməyi ilə əlaqədar Göy Göl ansamblı konsert hazırlamışdı.
Məni çağırdılar ki baxım.
Konsertə baxıb dedim ki, konsert adi dır.
Təəccübləndilər ki, bəs nə olmalıdır?...
Dedim nəsə adi konsertdən fərqlənməlidir.
Bilmədilər mən nə istəyirəm.
Dedim: Şərəfxanlıda oxuyan qızı tapın.
Heç kim başa düşmürdü ki,kimdir o: "Şərəfxanlıda" oxuyan qız"
Dedilər: Hardan tapaq onu?
Dedim: O mənə dedi ki, Şahnazın bacısıdır.
Konsertin təşkilatçıları, narahat oldular, ki qeyri professional müğənnini, özüdə heç kim tanımadığı uşağı, belə mötəbər konsertə necə cəlb etmək olar?...
Məni fikrimdən çəkinməyi məsləhət görməyə çalışdılar.
Təkidlə dedim yox o qızı tapın, o da bu konsertdə oxumalıdır!
Axı məni fikrimdən çəkinməyi məsləhət edənlər vokalın sənətkarları ıdılər. Və hesab edirdilər ki, bu məsələdə onların məndən üstünlükləri var.
Sözümün üstündə durdum.Səni tapdılar...
Belə ki, konsertdə iki cütlük oxudu.
Şahnazla kimsə və səninlə Eldar. Düzü yadımda deyil, Eldarın mən özüm dedim adını, yoxsa sənə tərəf müqabil olaraq cəlb olunmuşdu?.Hətta yadıma düşür ki, o Gəncəli deyildi, deyəsən Qazaxdan gətirdilər.
Heydər Əliyev konsertdən çox razı qaldı xüsusən də Sənin iştirakından və oxumağından.
Bu şəklin yaxın tarixi belə yadımda qalıb....
Xoşbəxt ol, Aynişanda xoşbəxt olsun!
Bu misralar ömrümü QIZIL HƏRFLƏRLƏ bəzəyən misralar Oldu! Mən bu cür yaşadım! Mən sizi belə sevməyə başladım əziz Xalqımız! Siz məni nə qədər sevdiniz o,dövrdə,mənə bunu sübut ettdi alqışlarınız.İndi isə,ömür yolumun yarıdan coxunu dağlara,daşlara,sellərə,başımdan yagan qar,yagışlara,ayağıma dəyən çınqıllara,daşkəsəklərə,kürəyimdən kecən boz küləklərə,nahaqdan ürəyimdən vuran,vuranlara baxmayaraq kecmişəm və hələ də,gedirəm...yaşım qədər demək olar ki,sənət xidmətim var! Bu günə qədər,bir dəfə də,olsa xalqımızın musiqi mədəniyyətinə xələl gətirəcək heçnə ifa etmədim,etmirəm,etmərəmdə! Hecvaxt,şan-şöhrət,mal,mülk,pul dalınca qaçmadım! Kənardan hər şey cox böyük və cox asan göründü...amma,bunların arxasında canımın sağlamlığına başa gələn əziyyətim və cox dəyərli dostlarımın mənə mənəvi dayaqları, ayaqda durmağa mənə kömək etdi.Toylara getdim.Demirəm getmədim.Amma,toylardan qazandığımında yarıdan çoxunu Özümün yox,Xalqımızın istedadlı Balalarının musiqidə inkişafına xərclədim.Halal xoşları olsun! Yetişdirməyi,böyük Tərbiyəçilərimdən öyrəndim! Bu gün də,yetişdirirəm! Bu məktəb yaşasın deyə! Mən buna çox inanır,güvənirəm,həttda əminəm ki,siz bunu istəyir,arzu edirsiniz. Bu axı,tək bizim gücümüz deyil...Siz də,Musiqi,mədəniyyətimizin inkişafına öz sevginizlə dayaq olmalısınız ki,Yaşasın! Əks halda,heyf QURANLARIN,FƏDAİLƏRİN zəhmətindən...