Ayaz Salayev qurultaya getməkdən imtina etdi: "İttifaqı qəbul etmirəm"

Martın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti qurultayı keçiriləcək.
 
BakuPress.Az xəbər verir ki,Qaynarinfo-ya daxil olan məlumata görə, kinorejissor və kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev bu qurultayda iştirakdan imtina edib. O, ittifaq tərəfindən göndərilin bildirişi qəbul etməyib.
 
Məsələ ilə bağlı Ayaz Salayevlə əlaqə saxladıq. Sənətçi məlumatı təsdiq etdi:
 
"Mənim sabah çəkilişlərim var. Qurultaya getməyə heç vaxtım da yoxdur. Açığı heç həvəsim də qalmayıb. Düşünürəm ki, bu sadəcə vaxt itkisidir. Mənim qurultaya gedib-getməməyimin əhəmiyyəti yoxdur".
 
 
"Ayaz Salayev AKİ-ın sədrliyinə özü namizəd ola bilərmi" sualına onun cavabı belə olub:
 
"Qətiyyən. İttifaqlar özünü artıq doğrultmur. Mən ittifaqı qəbul etmirəm".
 
Xatırladaq ki, kinorejissor və kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan respublikası Kinematoqrafçılar İttifaqının üzvü olub. 

 

0.10152506828308