Sumqayıtda qaynını öldürüb, sirkə turşusu içən şəxs vəfat edib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, cinayət hadisəsini törətməkdə şübhəli bilinən Ceyhun Alxan oğlu Rzayev müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb.
Qeyd edək ki, arvadını boşayan Ceyhun Rzayev qaynını məsələni ayırd etmək üçün evlərinin yanına çağırıb və münaqişə zəminində onu qətlə yetirib. Ceyhun Rzayev bunun ardınca böyük həcmdə sirkə turşusu içərək intihara cəhd edib.