Azərbaycan neftinin qiyməti 87 dolları keçdi

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

BakuPress.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,08 ABŞ dolları, yaxud 1,26% artaraq 87,09 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

 

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

0.044955968856812