Ölkəyə heroin keçirən TIR sürücüsü saxlanılıb

Ölkəyə dörd kiloqram heroin keçirən TIR sürücüsü saxlanılıb

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1980-cı il təvəllüdlü Altay Ağaəliyev saxlanılıb. Həmin şəxsdən dörd kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs heroini ölkəyə idarə etdiyi çoxtonnajlı yük maşınında (TIR) ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədilə gətirdiyini bildirib. A.Ağaəliyev barəsində araşdırmalar davam etdirilir.

 

 

Həmçinin, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı daha altı ədəd müvafiq sənədləri olmayan silah vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

0.029234170913696