Nərgiz gülünün bilmədiyimiz faydaları

Nərgiz gülü qədim zamanlardan xalq təbabətində istifadə olunur.

 

BakuPress.Az xatırladır ki,bu gülün dəmləməsi ilə güclü öskürək, bronxit, baş ağrılarını müalicə edirdilər.

 

Dahi Hippokrat nərgiz gülünü şiş xəstəliklərinin müalicəsində istifadə edirdi.

 

Son elmi araşdırmalar sarı nərgiz gülünün xərçəng əleyhinə təsirini sübut edib.

 

Brüssel Universiteti (Belçika) alimləri nərgiz gülünün tərkibində haemantamin (haemanthamine) adlı maddə aşkar ediblər. Bu maddə xərçəng hüceyrələrinin ribosomlarına (hüceyrələrin içində olan zülallar) birləşərək onların inkişafı və bölünməsi proseslərini xeyli ləngidir və daha sonra onları məhv edir.

 

Nəzərə almaq lazımdır ki, nərgiz gülü zəhərlidir və onun nəzarətsiz qəbulu zəhərlənməyə səbəb ola bilər.  

 

Bəzək bitkisi olaraq istifadə edilməsi ilə yanaşı bu bitkinin, hər bitki kimi bir də şəfalı təsirləri var. İndi isə, gəlin bu təsirlərlə tanış olaq:

 

- Qızdırma salıcı xüsusiyyəti var.

 

- İltihabı aradan qaldırıcı və anti bakterialdır.

 

- Qan təmizləyicidir.

 

- Baş ağrısını aradan qaldırır.

 

- Kökü üyüdüldüyü zaman yaralara yaxşı təsir edir.

 

- Çibanların tez müddətdə sağalmasını təmin edir.

 

- Burun dəliklərindəki tıxanmaları açır.

 

Bu səbəblərə görə, nərgiz bitkisini yalnız bəzək bitkisi kimi yox, həm də şəfalı bir bitki kimi istifadə edə bilərsiniz.

0.056977987289429