Gündüz Əliyev 1 milyon manatdan çox mənimsəmədə ittiham olunur,6 ay uzanan məhkəmə,mənimsənən pulun geri qaytarmağa möhlət alır ,özü vəzifəsində...Bütün bunlar necə baş verir

Sumqayıt şəhər icra hakimiyətinin başçısı Zakir Fərəcov və onun keçmiş müavini ,hazırda şöbə müdiri vəzifəsində olan Gündüz Əliyev haqqında çox saylı araşdırma yazılarımız dərc olunub.Bu gün isə 6 aydan çox məhkəmə prosesi gedən Gündüz Əliyevin niyə həbs olunmaması və məhkəmədən dövlətdən mənimsədiyi 1milyon 600 min manatı qaytarmaq üçün hansı yolnan vaxt almağını araşdıraraq ictimayyətə bəyan edəcik.

Ədalətin bərpası cəmiyyətin qanunlara hörmət və riayət hissi doğurur.

Qayıdaq, Sumqayıtın idarəçiliyinin kimin əlində olması məsələsinə. Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının faktiki olaraq bir neçə müavinləri var. Müxtəlif sahələr üzrə təyinat almış müavinlər icra başçısı olmadığı təqdirdə, şəhərin idarəçiliyini həyata keçirməlidirlər. Lakin faktiki olaraq, Sumqayıtın idarəçiliyini İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev reallaşdırır.

 

Gündüz Əliyev kimdir? Sentyabrdan bəri davam edən məhkəmə proseslərinin ayı günü Məhkəmənin rəsmi portalında artıq dərc olumur, nə də yekun qərar verilməyir.

 

İcra Hakimiyyətində ərazi idarəetmə və yerli özünüidarətmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev təyin edilib. Qeyd edək ki,Gündüz Əliyev bu vəzifəyə gələnə qədər Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müdiri işləyib. Zakir Fərəcov Abşeron rayon Mənzil Kommunal Təsərrüfatı Birliyiinin rəisi olan bacısı oğlu Hüseyn Sovet oğlu Həsənovu bu vəzifəyə təyin etdikdən sonra Gündüz Əliyevə İcra Hakimiyyətində iş verilib. Məlumatlara görə Gündüz Əliyevin qayınatası biznesmendir və Zakir Fərəcovla işbirliyi mövcuddur. Əslində G.Əliyevin əsas hədəfi birinci müavin postu olduğu qeyd olunur və bu üzdən də Teymur Səmədov və Fəzail Hüseynova qarşı böyük intriqaların içinə girməkdən çəkinmir. Təbii ki, Teymur Səmədov və Fəzail Hüseynov da hər fürsətdə Gündüz Əliyevə qarşılıq verirlər.

Gündüz Əliyev kimdir? Xatırladaq ki, söhbət nəhəng mebel sexinə, çoxsaylı obyektlərə sahib olan iş adamı Gündüz Əliyevdən gedir. Əslində Gündüz Əliyevin karyera tarixçəsi bir film kimidir. Sizi o "film”lə tanış olmağa dəvət edirik:

 

 

Milyonlar qazandıran mebel sexi? – Bu ki, inandırıcı deyil...

 

Milyonlar qazandıran mebel sexi? – Bu ki, inandırıcı deyil...

 

Məlumat üçün qeyd edək ki, Gündüz Əliyevin keçmiş MTN-ə xərac verməsi 2014-cü ilə təsadüf etsə də, onun maliyyə piramidasında yüksəlişi xeyli əvvələ təsadüf edir. Başqa sözlə desək, Gündüz Əliyev 2014-cü ildə keçmiş MTN tərəfindən saxlanılanda onun malik olduğu sərvətin miqdarı adi mebel sexi sahibinin malik ola biləcəyi sərvətdən qat-qat çox idi. Əslində milli maraqların müdafiəsinə deyil, şəxsi maraqların təmininə istiqamətlənməsi keçmiş MTN-nin diqqətini də məhz bu amil çəkmişdi. Elə buna görə də Gündüz Əliyevlə bağlı əməliyyat planı quran MTN onu saxlamaq, sahib olduğu pulların bir hissəsinə əl qoymaqla yanaşı, bu pulların mənbəyini də öyrənməyi hədəfləmişdi.

"Buta” əməliyyatı, yaxud həyatın cəhənnəmə çevrildiyi an...

Gündüz Əliyevin gəlir mənbəyini müəyyənləşdirmək, onun münasibətdə olduğu şəxslərin əhatə dairəsini öyrənmək üçün sahibkarın əlaqə telefonlarını nəzarətə götürən MTN, tezliklə ona 161 min manat məbləğində pul gələcəyini müəyyənləşdirir. Bu informasiyanın ardınca Gndüz Əliyevlə bağlı əməliyyat planı quran MTN, 2014-cü ilin dekabrında "Buta” kafesində mebel sexi sahibinə qarşı əməliyyat reallaşdırır. Axşam saat 20:00 radələrində "Buta” kafesində oturub pul gözləyən Gündüz Əliyevin gözlədiyi şəxs çox keçmir ki, kafeyə daxil olur. Lakin onun gətirdiyi pula toxunmaq Gndüz Əliyevə nəsib olmur. Belə ki, həmin şəxsin ardınca kafeyə daxil olan MTN əməkdaşları hər iki şəxsi saxlayaraq onların pullarına əl qoyur...

"Beloçka” torbasındakı gizlədilən pullar, məşhəri xatırladan istintaq...Mənbənin məlumatına görə, MTN-nin "Buta” əməliyyatı zamanı Gündüz Əliyevin ələ keçirilən pulları "Beloçka” tumlarının reklamı olan sellofan torbada olub. Hansı ki, Gndüz Əliyev hər zaman pulların məhz bu cür – ilk baxışdan adi görünən və kənardakı şəxslərdə heç bir maraq oyatmayan torbalarda daşınmasını həyata keçirib. Sex sahibi hesab edib ki, bu, təhlükəsizlik baxımından daha ⁵doğru və sınanılmış vasitədir. Maraqlı məqamlardan biri də sex sahibi ilə ilk istintaqın MTN-də deyil, "Sultan” kafesində gerçəkləşdirilməsidir. MTN əməkdaşları tərəfindən "Sultan” kafesinə gətirilən Gündüz Əliyev elə oradaca sözügedən qurumun əməkdaşları tərəfindən soğru-suala çəkilib. Pulların mənbəyi, təyinatı və s. kimi məsələlərə bağlı ona ünvanlanan saysız-hesabsız suallar qarşısında özünü itirən Gündüz Əliyev bu pulları 2002-ci ildə açdığı mebel sexindən əldə etdiyini bildirib.

MTN göz yaşlarına inanmır...

Lakin onun bu arqumenti MTN əməkdaşları tərəfindən təbəssümlə qarşılanıb. Bunca pulun bir tək mebel sexi vasitəsi ilə qazanılmasının mümkünsüzlüyünü bildirən MTN əməkdaşları, ona bu barədə bilgili olduqlarını, onun telefonlarına uzun müddət nəzarət etdiklərini bildirib. Kafedə reallaşan istintaq zamanı MTN əməkdaşları həbs olunmamaq müqabilində Gündüz Əliyev qarşısında kifayət qədər ağır şərtlər qoyublar. Bu şərtlərin sırasında ələ keçirilən 161 min manatdan imtina etməkv, keçmiş MTN-ə aylıq xərac vermək, eləcə də bəzi məsələlərdə informasiya dəstəyi göstərmək yer alıb.

 

İndi isə adına cinayət işi açılır,məhkəmə prosesinin tarixi gizlədilir,özü isə tam rahat şəkildə öz rahatlığını nümayiş etdirir.Rahat şəkildə məhkəmədən möhlət alır və işini icra edir .Qanunvericiliklə bunun icazəsi alınıbsa,dövlət əmlakını mənimsəyən şəxs necə vəzifə icra edə bilər?

Dövlət idarəsi bu cür adama necə etibar olunur?

P.S.Bütün olanları yenidən xatırlatma etdik ki,Gündüz Əliyevin xərac vermək və dövlət əmlakını mənimsəməkdə necə mahir olduğunu aidiyyatı qurumlar xatırlasın.Biz dedik qalanı dövlət orqanları özləri həll etsin

0.027482986450195